“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu Video

21.09.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video

“Sabah”ın polşalı futbolçusu Timoteuş Puhaç (Tymoteusz Puchacz) UEFA Çempionlar Liqasındakı debütündən sonra “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla formasını dəyişib.

QOL.az xəbər verir ki, Puhaç “Old Trafford”dan gətirdiyi Reşfordun formasını həyat yoldaşının vloqunda nümayiş etdirib.

Polşa millisinin üzvü Çempionlar Liqasındakı debüt matçında geyindiyi öz formasını isə həyat yoldaşına hədiyyə edib. Puhaç zarafatla ondan formanı əvvəlki dəfə olduğu kimi heç kimə verməməsini istəyib.

Həyat yoldaşı isə formanı heç vaxt heç kimə verməyəcəyinə söz verib.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Old Trafford”da “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub.

View this post on Instagram

A post shared by QOL.az - Football/sports news (@qolaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью