“Sabah”ın oyununda anşlaq olacaq

03.11.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sabah” Çempionlar Liqasının IV turunda sabah “Vikinq”lə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “Lyse Arena”da keçiriləcək qarşılaşmada anşlaq olacaq. Bu barədə Norveç mətbuatı məlumat yayıb. Xəbərdə görüş üçün bütün biletlərin satıldığı qeyd olunub.

Matçın keçiriləcəyi stadionun tutumu 15 900 nəfərlikdir.

Sabah baş tutacaq “Vikinq” – “Sabah” görüşünə saat 00:00-da start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью