futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Orhus” (Danimarka) – “Sabah” qarşılaşması 30 dəqiqə gec, yəni saat 21:00-da başlayacaq.
Futbolpress.az xəbər verir ki, matçı yerində izləmək üçün Danimarkada olan İTV-nin əməkdaşı Kənan Hakimov sosial şəbəkə hesabında matçın vaxtının dəyişdirildiyini bildirib.
Təxirəsalınmaya Orhus–Randers marşrutunda baş verən yol-nəqliyyat hadisəsi səbəb olub. Yaranan sıxlıq hər iki kollektivi daşıyan avtobusların arena istiqamətində yubadılmasına gətirib çıxarıb.
“Orhus”un doğma stadionu təmirə bağlandığı üçün Danimarka təmsilçisi avrokuboklardakı rəqiblərini “Randers” arenasında qəbul edir.