“Sabah”ın qapıçısı Çempionlar Liqasında lideri oldu

26.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” futbol komandasının qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində beş turdan sonra qurtarışların sayına görə birinci pilləyə yüksəlib.

İdman.Biz xəbər verir ki, qazaxıstanlı qolkiper İspaniyanın “Barselona” futbol komandasına qarşı keçirilən görüşdən sonra turnirin ən çox qurtarış edən qapıçısı olub.

UEFA-nın qapıçılar üzrə statistikasında Pokatilov 31 qurtarışla liderdir. “Brügge”nin qapıçısı Yan Sommer isə 28 qurtarışla onu izləyir. "Porto"nun qapıçısı Diequ Koştanın 26 qurtarışı var və üçüncüdür.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olub. Hazırda təmsilçimiz üç xalla 33-cü pillədədir. Rəqib isə 12 xalla dördüncüdür.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью