“Sabah”ın qapıçısı ÇL in ən çox qurtarış edən qapıçısıdır

26.11.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turundan sonra statistik məlumatlar açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, “Sabah”ın qapıçısı Stas Pokatilov bu mərhələyə qədər ən çox qurtarış edən qapıçıdır. 

Təcrübəli qolkiper 31 dəfə rəqib oyunçuların qol vurmasına mane olub. 

İkinci yerdə “Brügge”nin qapıçısı Yan Zommer, üçüncü pillədə isə Slovakiyanın “Slovan” klubunun formasınl geyən Dominik Takaçdır. 

Qeyd edək ki, “Sabah” 5 turdan sonra 3 xal toplayıb. Azərbaycan çempionu “Slaviya”ya (2:0) qalib gəlib, “Mançester Yunayted” (0:4), “Borussiya” (1:2), “Vikinq” (1:4) və “Barselona”ya (1:4) məğlub olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью