“Sabah”ın qapıçısı yenidən millidə

22.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasına çağırılıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli qolkiper artıq yığmanın düşərgəsinə qoşulub və “Astana Arena”da keçirilən məşq prosesində iştirak edib.

“Sabah”ın kapitanı UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq yolunda təsnifat mərhələsinin 8 oyununun hamısında meydanda olub. O, həmçinin Çempionlar Liqasının əsas mərhələsində səfərdə “Mançester Yunayted”ə qarşı matçda komandasının qapısını qoruyub.

Pokatilov sonuncu dəfə Qazaxıstan millisinin formasını 5 iyun 2025-ci ildə Belarusla keçirilən yoldaşlıq görüşündə (1:4) geyinib. Təcrübəli qapıçının yığmadakı son rəsmi oyunu isə 17 noyabr 2024-cü ildə Millətlər Liqasında Norveçə karşı keçirilən matça (0:5) təsadüf edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью