“Sabah”ın qapısı etibarlı əllərdə: RAZILIQ ƏLDƏ OLUNDU

24.04.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah”ın qapıçısı Stas Pokatilovun komandadakı aqibəti bəlli olmaq üzrədir.

“Apasport”un əldə etdiyi məlumata görə, klub qazaxıstanlı qapıçını heyətində saxlamaq niyyətindədir.

Tərəflər arasında danışıqlar başa çatmaq üzrədir. Bildirilir ki, “bayquşlar” futbolçu və təmsilçisi ilə çox böyük ölçüdə razılığa gəlib.

33 yaşlı qolkiperə Avropadan çox yaxşı və ciddi təkliflər var. Buna baxmayaraq o, “Sabah”da qalmağa daha istəklidir.

Pokatilov növbəti mövsüm komanda ilə avrokuboklarda çıxış etmək arzusundadır. 

Onun klubla hazırkı müqaviləsi yayda başa çatacaq.

Qeyd edək ki, Stas “Sabah”a 2025-ci ilin yanvarında qoşulub.

"Neftçi"dən yeni kampaniya: Nəsildən-nəslə ötürülən sevgi! Lider "Sabah"dan Çempionlar Liqası addımı: İki ulduzla razılıq 20-cini vurdu, 30-cu oldu "Sabah"dan cavab: Bu penaltidirsə, bunlar nədir? - VİDEO "Qarabağ"a siqnal, futbolumuza qazanc: "Sabah" yeni nəfəs gətirdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью