“Sabah“ın qolkiperi ikinci pillədədir

14.10.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah" futbol klubunun qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində qurtarış sayına görə ikinci yerdə qərarlaşıb.

Moderator.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qazaxıstanlı qolkiper liqa mərhələsinin ilk iki turunda 11 seyv edib. Bu göstərici ilə, o, yalnız "Brügge"nin qapıçısı Yan Zommerdən geri qalır. Belçika təmsilçisinin qolkiperinin hesabında 14 qurtarış var. İlk üçlüyü isə 10 seyv edən "İnter"in qapıçısı Xosep Martines tamamlayır.

"Sabah" intizam göstəricilərinə görə də turnirin ən yaxşı komandaları sırasındadır. Bakı təmsilçisinin futbolçuları ilk iki görüşdə 28 dəfə qayda pozuntusuna yol veriblər. Bu faulların dördü sarı vərəqə ilə nəticələnib.

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının ilk turunda səfərdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə məğlub olub. Komanda ikinci turda isə Bakıda Çexiyanın "Slaviya Praqa" klubunu 2:0 üstələyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью