Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi “Slaviya” Çexiya çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Praqa təmsilçisi səfərdə “Teplitse” ilə qarşılaşıb. Görüş “Slaviya”nın qələbəsiylə başa çatıb – 2:0. Qolları Viktor Novak və Oskars Vintess (avtoqol) vurub.
“Slaviya” 8 turdan sonra 20 xalla birinci sıradadır.
“Sabah” bu rəqiblə oktyabrın 13-də Bakıda üz-üzə gələcək.