Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Sabah”ın Çempionlar Liqasındakı rəqiblərindən “Mançester Yunayted” futbolçusu Çido Obini icarəyə verib.
Futbolpress.az xəbər verir ki, 18 yaşlı hücumçu mövsümün sonuna kimi “Villem II”də çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Obi 2024-cü ildən “Mançester Yunayted”in akademiyasındadır. O, son olaraq klubun U-21 komandasında forma geyinirdi. Danimarkalı futbolçunun “transfermarkt”da dəyəri 5 milyon avrodur.
“Sabah” sentyabrın 10-da “Mançester Yunayted”lə səfərdə üz-üzə gələcək.