“Sabah”ın rəqibi məlum oldu

12.08.2026

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabah”ın Çempionlar Liqasındakı pley-off rəqibi məlum olub.

Azərbaycan çempionu "Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel Beer-Şeva” klubu ilə qarşılaşacaq.

AZXEBER.COM xəbər verir ki, bu, İsrail təmsilçisinin III təsnifat mərhələsində Serbiyanın "Srvena Zvezda” klubunu mübarizədən kənarlaşdırmasından sonra rəsmiləşib.

"Hapoel Beer-Şeva” cavab oyununda 2:0 hesabı ilə qalib gəlib və iki oyunun nəticəsinə əsasən 3:0 hesabı ilə mərhələni keçib.

"Sabah” isə III təsnifat mərhələsində Danimarkanın "Aarhus” klubunu iki oyunun nəticəsinə əsasən 5:2 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 18-19-da, cavab qarşılaşmaları isə 25-26-da keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью