futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sabah”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Orxus” Danimarka Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Lynqbü” ilə qarşılaşıb. 4 qolun vurulduğu matç bərabərliklə başa çatıb – 2:2.
“Orxus” 2 turdan sonra 4 xalla 2-ci sıradadır.
“Sabah” danimarkalılara qarşı ilk oyunu avqustun 6-da səfərdə keçirəcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.