“Sabah”ın rəqibi “Vilyarreal”da ciddi itki: futbolçu əməliyyat olunacaq

24.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İspaniyanın “Vilyarreal” klubu ciddi itki ilə üzləşib.

İdman.Biz xəbər verir ki, komandanın yarımmüdafiəçisi Neytan Saliba sol topuq bağlarından zədə alıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, kanadalı futbolçu məşq zamanı xəsarət alıb. O, yaxın günlərdə əməliyyat olunacaq.

Salibanın yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil. Onun bərpa müddəti əməliyyatdan sonrakı vəziyyətindən asılı olacaq.

“Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda dekabrın 8-də səfərdə “Vilyarreal”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью