“Sabah”ın rəqibinin hücumçusu “Atletiko”ya təklif olundu

29.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Sabah”ın Çempionlar Liqasındakı rəqiblərindən “Arsenal”ın futbolçusu Qabriel Jesuz klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu “Atletiko”ya təklif olunub. Bu barədə DAZN telekanalı məlumat yayıb. London klubu Jesuz üçün 20 milyon avro transfer haqqı tələb edir.

29 yaşlı futbolçu 2022-ci ildən “Arsenal”ın formasını geyinir. O, “topçular”la 84 oyunda 21 qola imza atıb.

“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya) və “Slaviya” (Çexiya) ilə Bakıda üz-üzə gələcək. Ölkə çempionu “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya) və “Vikinq”lə (Norveç) səfərdə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью