“Sabah”ın rəqibləri müəyyənləşir Yenilənir

27.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Sabah”ın rəqibləri müəyyənləşir - Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.

QOL.az xəbər verir ki, Monakoda keçirilən mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb.

Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. 

Püşkün nəticəsinə əsasən “Sabah”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olacaq:

Yenilənir

1-ci səbətdən

“Barselona”, İspaniya (Bakıda)
“Arsenal”, İngiltərə (səfərdə)

2-ci səbətdən

“Borussiya” Dortmund, Almaniya (Bakıda)
“Mançester Yunayted”, İngiltərə (səfərdə)

3-cü səbətdən

“Vilyarreal”, İspaniya (Bakıda)

4-cü səbətdən

“Slaviya” Praqa (Çexiya)
“Slovan” Bratislava (Slovakiya)
“Ştutqart” (Almaniya)
AEK (Yunanıstan)
LASK (Avstriya)
“Komo” (İtaliya)
“Lans” (Fransa)
“Vikinq” (Norveç)
“Sabah” (Azərbaycan)

Liqa mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək.

Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью