“Sabah”ın sabiq hücumçusu İsrail klubunda

12.11.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah”ın sabiq hücumçusu Emmanuel Apehin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, nigeriyalı futbolçu İsrail II Liqa təmsilçisi “Kiryat Yam”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Apeh 2022-2024-cü illərdə “Sabah”da çıxış edib. O, “bayquşlar”la Premyer Liqada 65 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью