Sabahın sabiq qapıçısı Peru klubuna keçdi

28.12.2024

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sabah"ın sabiq qapıçısı Alvaro Villetenin yeni komandası məlum olub.

Sportal.az xəbər verir ki, uruqvaylı futbolçu karyerasını Peruda davam etdirəcək. Villete "Komersiantes Unidos" klubuna keçib.

Qeyd edək ki, Alvaro Villete 2020-ci ilin sentyabr ayından 2021-ci ilin iyununadək "Sabah"da çıxış edib. 33 yaşlı qolkoper Masazır təmsilçisinin heyətində 8 Premyer Liqa matçında meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью