“Sabah”ın susqunları

19.11.2024

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabah”ın mövsümün əvvəlində heyətinə qatdığı Neqoş Kupuşoviç “futuristlər”də hələ qol hesabını açmayıb.

FutbolPress“in məlumatına görə, 23 yaşlı hücumçu Premyer Liqada cəmi 6 oyunda şans qazanıb. O, bu görüşlərdə bir məhsuldar ötürmə ilə yadda qalıb.

Serbiyalı forvard böyük ümidlərlə “bayquşlar”a cəlb edilsə də, gözləntiləri qarşılamır. Baş məşqçi Krunoslav Renduliçin narazı olduğu hücumçu demək olar, hər oyun ehtiyatda qalır. Xüsusilə, son matçlarda şans qazana bilməyən forvardın klubdakı taleyi sual altındadır.

Hücumda əsas üstünlüyü yayda transfer edilən Pavel Şafrankoya verən Renduliç demək olar, bu hücumçudan da istədiyini ala bilmir. Slovakiyalı forvard Premyer Liqada 13 oyunda meydana çıxıb və cəmi 4 qol vurub. “Sabah”ın qol yükünü isə cinah hücumçuları çəkir. Cesse Sekidika 6 qolla çempionatın bombardiridirsə, Coy-Lens Mikels 5 qolla komanda yoldaşını izləyir.

“Sabah” Premyer Liqada 13 turdan sonra 5-ci sırada qərarlaşıb.

Kamil Əhməd

Əsas xəbərlər, Ölkə futbolu “Sabah” akademiyalarından inamlı nəticələr

15 Noyabr 2024, 13:30

Əsas xəbərlər, Ümumi idman “Sabah”ın baş məşqçisi: “Növbəti mövsüm daha güclü olacağıq!”

14 Noyabr 2024, 9:00

Əsas xəbərlər, Premyer liqa “Sabah”ın futbolçusu 200-ə çatdı

11 Noyabr 2024, 11:45

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: “Araz-Naxçıvan” fürsəti boşa vermədi

11 Noyabr 2024, 8:02

Əsas xəbərlər, Manşet, Premyer liqa Qaçırılan fürsətlər, itirilən xallar

10 Noyabr 2024, 10:56

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” dünya reytinqində gerilədi

10 Noyabr 2024, 10:29

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью