Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sabah” tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.
İdman.biz xəbər verir ki, Vasili Berezutskinin baş məşqçisi olduğu komanda yarımfinalda “Neftçi” səddini keçib – 2:1, 1:1.
“Sabah” turnirin 33 illik tarixində finala adlayan 19-cu komanda olub. “Qarabağ” 12, “Neftçi” 11, “Şamaxı” 6, “Xəzər Lənkəran” və “Qəbələ” 5, “Kəpəz” 4, “Bakı” 3, “Kür-Nur”, “Şəmkir”, “Sumqayıt” və “Zirə” 2 dəfə yarımfinalı uğurla keçib. “İnşaatçı” (Bakı), “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “İnşaatçı” (Sabirabad), “Xəzər” (Lənkəran) və “Karvan” isə “Sabah” kimi buna 1 dəfə nail olub.
Qeyd edək ki, 2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb.
İdman.biz