Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Bu gün “Sabah” klubunun U-19 komandası UEFA Gənclər Liqasında ilk matçına çıxacaq.
Futbolpress.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinin 1-ci turu çərçivəsində İngiltərədə “Mançester Yunayted”lə qarşılaşacaq.
Mançester şəhərində baş tutacaq görüş Bakı vaxtilə saat 17:00-da başlanacaq.
“Sabah” əsas raundda 6 oyun keçirəcək.
Növbəti turlarda rəqiblər ardıcıl qaydada “Slaviya” (Çexiya), “Borussiya” Dortmund (Almaniya), “Vikinq” (Norveç), “Barselona” və “Vilyarreal” (hər ikisi İspaniya) olacaq.