“Sabah”ın U 19 komandası "Borussiya"ya uduzdu

20.10.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Bakıda Almaniyanın “Borussiya” (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Əlincə Stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Sabah”ın U-19 komandası bundan əvvəl 1-ci turda İngiltərədə “Mançester Yunayted”ə 0:5, 2-ci turda Bakıda Çexiyanın “Slaviya” komandasına 0:3 hesabı ilə uduzub.

Hazırda xalı olmayan "Sabah" 36 komanda arasında 35-cidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью