Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Sabah” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv Bakıda İspaniya təmsilçisi “Barselona”nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
V turun qarşılaşması “Bank Respublika Arena”da, saat 15:00-da start götürəcək.
Əvvəlki dörd matçın hamısında məğlub olan “bayquşlar” sonuncu – 36-cı pillədə qərarlaşıb. “Barselona” isə 5 xalla 22-ci yerdədir.