Sabahın Ulduzları : Bürünc mükafatçılar müəyyənləşir

29.09.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi “Sabahın Ulduzları” Bakı Kuboku sona yaxınlaşır.

Fanat.Az xəbər verir ki, avqustun 1-də start götürən və iki ay davam edən yarışda bu gün 3-cü yer uğrunda oyunlar keçiriləcək. 

Bayılda təşkil olunacaq yarışın U-14 yaş qrupunda bürünc mükafat uğrunda “Neftçi” və “Ulduz”,  U-15 yaş qrupunda isə “Qarabağ” və EFA komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, hər iki yaş qrupunda finallar sabah - sentyabrın 30-da keçiriləcək. Yarışların baş mükafatı uğurunda U-14 yaş qrupunda “Qarabağ” və “Sabah” (saat 17:00), U-15 yaş qrupunda isə “Neftçi” və “Ulduz” (20:00) komandaları qarşı-qarşıya gələcəklər. "CBC Sport" kanalında canlı yayımlanacaq tədbirin sonunda qaliblər mükafatlandırılacaqlar. 
Sabahın Ulduzları
3-cü yer uğrunda oyunlar
29 sentyabr

(U-14). 17:00.  “Neftçi” – “Ulduz”

(U-15). 20:00.  “Qarabağ” – EFA

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью