Sabahın Ulduzları : Neftçi bürünc ü əldən verdi, Qarabağ lotoreya da sevindi

30.09.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sabahın Ulduzları” Bakı Kubokunda həm U-14, həm də U-15 yaş qrupunda 3-cü yerin sahibləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bürünc medallar uğrunda oyunlar gərginliyi ilə yadda qalıb. 

U-14 yaş qrupunda “Neftçi” ilə “Ulduz” üz-üzə gəlib. "Ağ-qaralar" ilk yarıda 0:3 hesabı ilə geri düşdüyü matçın ikinci hissəsində 2 qol vursa da, ümumi hesabda 2:4 məğlub olaraq 4-cü yerlə kifayətlənib. Beləliklə, U-14 yaş qrupunda “Ulduz” 3-cü yeri tutaraq bürünc medalları qazanıb.

 U-15 yaş qrupuna gəlincə, “Qarabağ” ilə EFA-nın duelində qalib penaltilər seriyasında bəlli olub. Əsas vaxtda 2:2, əlavə vaxtda 3:3 nəticələnən qarşılaşmada "lotoreya"nı Ağdam təmsilçisi qazanıb. Nəticədə U-15 yaş qrupunda “Qarabağ” 3-cü yeri, EFA isə 4-cü yeri tutub.

Sabahın Ulduzları
3-cü yer uğrunda oyunlar
29 sentyabr

U-14 

“Neftçi” – “Ulduz” 2:4
Qollar:
Bəxtiyar Bayramlı, 46. Adil Şabanov, 60 - Hünər Səmədli, 6, 10,19. Said Statema, 69. 

U-15

“Qarabağ” – EFA  2:2 (əlavə vaxtda 3:3, penaltilərlə - 6:5)
Qollar:
Əli Məmmədzadə, 2. Raul Hüseynli, 47. Məhəmməd Bağırov, 99 - Ömər Osmanlı, 41. Hüseyn Novruzlu, 55. Şahin Qasımzadə, 101.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью