Sabahın ulduzları : Neftçi rəqibinə rəhm etmədi Nəticələr/Fotolar

27.08.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

“Sabahın ulduzları" Bakı kuboku uğrunda yarış davam edir.

Fanat.Az xəbər verir ki, U-15-lərin mübarizəsində 6-cı tura yekun vurulub. 

İkinci oyun günü baş tutan qarşılaşmalar məhsuldar alınıb. Belə ki, üç oyunda azarkeşlər 23 qola şahidlik ediblər.

Gərginliyi ilə yadda qalan “Qəbələ” – “Qarabağ” görüşündə Ağdam təmsilçisinin yeniyetmələri minimal fərqlə üstün olublar. "Zirə" "Zəngəzur"u üstələyib. "Neftçi" isə "Marafon"un "daşını daş üstə qoymayıb". Bakılılar rəqib qapısından 13 cavabsıztop keçiriblər.

Sabahın ulduzları
U-15, 6-cı tur
26 avqust

“Zirə” – “Zəngəzur” 4:1
Qollar:
Əli Hüseynov, 33, 37. Rüstəm Əliyev, 71. Riad Məhərrəmli, 74 - Səid Axundzadə, 27.

“Qəbələ” – “Qarabağ” 2:3
Qollar:
Cavid Allahverdi, 35-pen. Oğuz Şirinzadə, 59 - Yəhya Timuçin, 52-pen. Asim Hüseynov, 78. İbrahim Rza, 80+3.

“Marafon” – “Neftçi” 0:13
Qollar:
İlham Qubadov, 12, 19, 25, 41. Sübhan Həziyev, 21. Sultan Orucov, 40+2, 58. Nihat Əsgərli, 50, 75, 79). Toğrul Məmmədli, 59. Kənan Əzimov, 64. Murad Hacıyev, 65.

Bu gün, avqustun 27-də U-14 ya. qrupunda 7-ci tur start götürəcək:

U-14/7-ci tur

“Sabah” – “Dostluq”
“Neftçi” – “Azərbaycan Qartalları”
“Xan” – “Ulduz”

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью