“Sabahın Ulduzları”: “Neftçi”dən böyük darmadağın, “Xan”dan inamlı start

05.08.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Sabahın Ulduzları” Baku Kubokunun U-14 yaş qrupunda birinci turun növbəti 3 oyunu keçirilib. Bununla da hər iki yaş dərəcəsində açılış turuna yekun vurulub.

Futbolpress.az xəbər verir ki, avqustun 4-də baş tutan qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

U-14 Liqası, I tur

4 avqust

“Sumqayıt” – “Sabah” 0:1

Qol: Nihad Manafov, 43 (pen.)

“Neftçi” – EFA 11:4

Qollar: Adil Şabanov, 14, 16, 20, 62, Bəxtiyar Bayramlı, 18, 49, Nihad Behbudov, 28, Hüseyn Nağızadə, 37, Xəlil Daniyal, 61, 74, İbrahim Niyazov, 77; Hüseyn Dalivanov, 30; Bəybala Məmmədov, 34, 42, Həmzə Novruzlu, 55

“Xan” – “Zirə” 5:1

Qollar: Yusif Niftəliyev, 18, 45, 54, 78, Ayxan Şirinzadə, 44; Fərid Qasımov, 80+3

Yarışda növbəti turun oyunları başlayır. U-15 Liqasında II turun matçları avqustun 5-i və 6-da qədər baş tutacaq:

U-15 Liqası, II tur

5–6 avqust

“Marafon” – EFA

“Dinamo” – “Zirə”

“Neftçi” – “Qəbələ”

“Sumqayıt” – “Sabah”

“Ulduz” – “Şəfa”

“Zəngəzur” – “Qarabağ”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью