“Sabahın Ulduzları”: “Şəfa” çəkilmə qərarı

05.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Futbol Federasiyası Təşkilat Komitəsinin məlumat yayıb.

Futbolpress.az açıqlamanı təqdim edir:

“Sabahın Ulduzları” U-15 yaş qrupunda keçirilən oyunlar Azərbaycanda baş tutacaq FIFA U-15 Dünya çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasına futbolçu seçimləri və seleksiya xarakteri daşıyır. Bu yarışlarda FIFA-nın qərarına əsasən 2011/2012-ci il təvəllüdlü futbolçuların iştirakı nəzərdə tutulub.

“Şəfa” FK-nın heyətində 2011-ci təvvəllüdlü futbolçuların olmadığını və klub akademiyasının yeni formalaşdığını nəzərə alaraq “Şəfa” FK-nın müraciətinə əsasən komandanın “Sabahın Ulduzları” yarışlarında iştirakının dayandırılması ilə bağlı qərar qəbul edilib.

U-15 yaş qrupunda yarışlara “Şəfa” FK-nın əvəzinə “Rekord” komandası buraxılıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью