“Sabah”ın ulduzu üç milyon baxış topladı!

27.01.2026

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

FIBA Çempionlar Liqasının qrup mərhələsində keçirilən oyunların birində yaşanan epizod beynəlxalq basketbol ictimaiyyətinin diqqətini cəlb edib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Sabah”ın basketbolçusu Hassani Qravett Çexiyanın “Nimburk” komandası ilə matç zamanı nümayiş etdirdiyi texniki ustalıqla yadda qalıb.
Qravettin oyunun gedişində etdiyi yüksək səviyyəli spin-move (hərəklətlə fırlanma) epizodu oyunun ən yaddaqalan anlarından birinə çevrilib. Sözügedən hərəkət dünyanın ali basketbol qurumu olan FIBA tərəfindən Çempionlar Liqasının rəsmi “instaqram” hesabında paylaşılaraq, qısa müddət ərzində milyonlarla baxış sayı toplayıb, azarkeşlərin böyük marağına səbəb olub. Video qısa müddət ərzində 3 milyona yaxın baxış, 60 minə yaxın bəyənmə toplayaraq, basketbol ictimaiyyətinin diqqətini çəkib.
Xatırladaq ki, Qravett iki ildi üçqat ölkə çempionu “Sabah”in heyətində çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью