“Sabahın xeyir, yeni dünya: Tramp qorxulu plan hazırlayır | Icma.az
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Donald Trampın komandası enerji sektoru üçün yeni mayeləşdirilmiş təbii qaz layihələri üçün ixrac icazələrinin təsdiqlənməsini və ABŞ-də neft hasilatının artırılmasını əhatə edən geniş plan hazırlayır.
“Cebheinfo.az” xəbər verir ki, bunu iki mənbə “Reuters”-ə bildirib.
Onların sözlərinə görə, Tramp Co Baydenin qəbul etdiyi əsas iqlim qanunlarını ləğv etməyi planlaşdırır.
Mənbələrin dediyinə görə, ilk prioritetlərdən biri yeni LNG ixrac icazələrindəki fasilənin aradan qaldırılması olacaq.
Tramp federal torpaqlarda qazma işlərinə icazənin verilməsini sürətləndirəcək və ABŞ-də dənizdə qazma planlarını canlandıracaq.
O, həmçinin Keystone Pipeline layihəsi üçün təsdiq almağa çalışacaq. Plan inauqurasiyadan bir neçə gün sonra təqdim olunacaq.
Milyarder Oleq Deripaska Trampın seçkilərdəki qələbəsini mənfi qiymətləndirib. “Sabahın xeyir, yeni dünya.
Tam oxu
Xəbəri oxu