“Sabah”ın yarımmüdafiəçisi DÇ 2026 ərəfəsində Özbəkistan millisinin heyətində yer almayıb

02.06.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının “Sabah” klubunun yarımmüdafiəçisi Umarali Raxmonaliyev Özbəkistan millisinin DÇ-2026 ərəfəsində keçirdiyi ilk yoldaşlıq oyununda meydana çıxmayıb.

İdman.Biz xəbər verir ki, iyunun 2-nə keçən gecə keçirilən görüşdə Özbəkistan millisi Kanada yığması ilə üz-üzə gəlib. Qarşılaşma kanadalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Conatan Osorio və Maykl Nelson vurublar. Özbəkistan millisinin üzvləri Abdulqodir Xusanov və Eldor Şomurodov isə matçı sonadək oynayıblar.

Qeyd edək ki, daha əvvəl Özbəkistan millisinin DÇ-2026 üçün geniş heyətinə daxil edilən Raxmonaliyev bu görüşdə iştirak etməyib.

2026-cı il dünya çempionatında Kanada millisi B qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə ilə mübarizə aparacaq. Özbəkistan yığmasının K qrupundakı rəqibləri isə Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya olacaq.

Teymur Tuşiyev

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью