Sabahın yeni baş məşqçisi bilindi

25.11.2024

Icma.az bildirir, Fanat portalına istinadən.

“Sabah” klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb. 

Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020). 
Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью