Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının XXII turu çərçivəsində “Sabah” səfərdə “Qarabağ”la qarşılaşacaq.
Qonaqların yeni transferi Patrik Orfe Mbinanın oyunda iştirak edib-etməyəcəyi maraqla gözlənilir.
Apasport.az saytına klubdan verilən məlumata görə, qabonlu hücumçunun sağlamlıq vəziyyəti hələ dəqiq bilinmir.
Mbinanın həftə ərzində məşqçilər korpusu və həkimlərin ümumi rəyi əsasında oynayıb-oynamayacağı müəyyən ediləcək.
Qeyd edək ki, Patrik Sloveniyanın “Maribor” klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.
"Neftçi" liderliyini davam etdirir I Liqa: Autsayder mövsümdə 2-ci qələbəsini qazanıb Kaxaber Tsxadadze: “Bizim üçün hər oyun vacibdir” Kurban Berdıyev: “Azərbaycan futbolu güclənib” “Turan Tovuz”dan inamlı qələbə - YENİLƏNİB