“Sabahkı matça tam olmasa da, hazırıq” Qurban Qurbanov İdmanXəbər | Icma.az
Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “Hər iki komanda üçün vacib oyundur. Aramızda xal fərqi azdır.
Rəqibin baş məşqçisinin açıqlamalarını oxumuşam. Hiss olunur ki, çox ciddi hazırlaşırlar və səbrsizliklə bu oyunu gözləyirlər.
Sabah bizə daha çox güc sərf etmək lazım olacaq. Səliqəli oynamaq çox vacibdir. Çalışacağıq ki, meydanı sərfəli nəticə ilə tərk edək.
Sabahkı matça tam olmasa da, hazırıq”. İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Elfsborq” matç
O, daha sonra belə davam edib: “Əvvəldə qeyd etdiyim kimi çox vacib oyundur. 3 xal qazanacaq gücdəyik.
Futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən komanda rəqibindən 3 xal ala bilər. Sabah qarşımızda intizamlı rəqib olacaq.
Düşüncələrimiz tam həyata keçsə, “Elfsborq”a qalib gəlmək gücündəyik. Diqqətli və intizamlı oynayıb bunu əldə edə bilərik. Bu güc bizdə var.
Amma digər nəticələri də gözə almalıyıq. Təcrübəli mütəxəssis heyətdəki itkilər barədə də danışıb: “Bəli itkilərimiz var, ələlxüsus da müdaf
Tam oxu
Xəbəri oxu