Sabahkı oyuna tam hazırıq Velko Simiç

06.07.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Sabah"ın futbolçusu Velko Simiş UEFA Çempionlar Liqası I təsnifat mərhələsinin TNS ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, serbiyalı vinger oyuna hazır olduqlarını bildirib:

"Çox yaxşı təlim-məşq toplanışı keçdik. Daha çox öz oyun üslubumuza köklənmişdik. Yoxlama oyunlarındakı iki heç-heçə və bir böyükhesablı məğlubiyyətın sabahkı matça heç bir təsiri olmayacaq. Daha çox öz oyunumuzu düşünürük. İnanıram ki, sabahkı oyuna tam hazırıq".

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью