Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Sabah”ın futbolçusu Velko Simiç Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel"ə (Beer-Şeva) qarşı keçiriləcək cavab oyunundan öncə matç barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, serbiyalı futbolçu Bakıda keçiriləcək qarşılaşmanı səbirsizliklə gözlədiklərini bildirib:
"Sabahkı oyunu həyəcanla gözləyirik. Biz böyük komandayıq və qələbə qazanmağa çalışacağıq. Bu qarşılaşma üçün çox motivasiyalıyam. Vurduğum qollar mənə əlavə motivasiya verir. Mənim əsas vəzifəm daha çox qol vurmaq deyil. Əsas məqsədim komandaya maksimum fayda vermək, yaxşı oynamağımıza və qalib gəlməyimizə kömək etməkdir.
Bu stadionda oynamağı sevirik. İnanıram ki, sabah burada möhtəşəm atmosfer olacaq. Çoxlu qolla azarkeşlərimizi sevindirməyə çalışacağıq”.