“Sabah”la “Araz Naxçıvan” Konfrans Liqasında mübarizəyə başlayır

24.07.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.

"Cebheinfo.az"  xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Sabah”la “Araz-Naxçıvan” da ilk matçlarına çıxacaqlar.

Əvvəlcə “Araz-Naxçıvan” “Dalğa Arena”da Yunanıstan təmsilçisi “Aris”i qəbul edəcək. Oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

“Sabah” isə Moldovada “Petrokub”un qonağı olacaq. Bu görüşdə israilli hakimlər söz sahibi olacaqlar.

Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Avropa Konfrans Liqası 2-ci təsnifat mərhələsi, ilk oyunlar 24 iyul

20:00. “Araz-Naxçıvan” – “Aris”

Baş hakim: Andrey Çivulete (Rumıniya). Bakı. “Dalğa Arena”.

21:00. “Petrokub” – “Sabah”

Hakimlər: Qal Leiboviç (İsrail). Kişinyov. “Zimbru” stadionu.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью