Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Sabah”la matçda zədələnən Baldedən xəbər var
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Barselona”nın müdafiəçisi Alexandro Baldenin son durumu bəlli olub.
QOL.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, ispaniyalı futbolçuda sağ topuq bağlarının yüngül dartılması aşkarlanıb. O, Çempionlar Liqasında “Sabah”la matçın (4:1) ikinci hissəsində zədələnib.
Bununla yanaşı, 23 yaşlı müdafiəçinin İspaniya çempionatının 14-cü turunda “Deportivo”ya qarşı keçiriləcək oyunda iştirakı istisna edilmir. Onun meydana çıxıb-çıxmayacağı bərpa prosesindən asılı olacaq.
Qeyd edək ki, Balde bu mövsüm bütün turnirlərdə 6 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.