Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın "Borussiya" klubunun futbolçusu Konstantinos Karetsas Bakıda "Sabah"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının III turunun oyununda iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bunu Dortmund təmsilçisinin idman direktoru Lars Rikken açıqlayıb.
O, yunanıstanlı futbolçunun "Union" (Berlin) ilə 0:0 hesablı heç-heçə etdikləri qarşılaşmada zədələndiyini bildirib:
"Ayağında bağ zədəsi var. O, Bakı səfərinə yollanmayacaq və şənbə günü "Ayntraxt"a qarşı da oynaya bilməyəcək. Təbii ki, bu, məyusedicidir. Lakin komanda yoldaşlarının reaksiyasını gördükdən sonra əvvəlcə vəziyyətin daha ciddi olduğunu düşünmüşdük".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III turunda "Sabah" - "Borussiya" qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək.