“Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir

23.11.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasında “Sabah”la keçirəcəyi oyun öncəsi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Lamin Yamal zədə səbəbindən Azərbaycan çempionuna qarşı oynaya bilməyəcək.

Məşqçilər korpusu sağ ayaq biləyində narahatlıq olan 19 yaşlı hücumçunu səfər heyətinə daxil etməmək qərarına gəlib.

Zədəsinin ciddi olmadığı bildirilən Yamalın noyabrın 29-da “Deportivo”ya qarşı keçiriləcək İspaniya La Liqası matçına hazır olması gözlənilir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Görüş saat 21:45-də başlayacaq.

“Real Madrid” Valverde ilə yeni müqavilə imzalayacaq “Qalatasaray”la oyun öncəsi Emeridən "RAMS Park" açıqlaması: “Bəhanəmiz yoxdur” Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Kyellini: “10 il əvvəl bunu desəydilər, hamımız gülərdik” Poçettino: “Bu məğlubiyyətin qəzəbini enerjiyə çevirməliyik”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью