“Sabah”la oyun öncəsi “Borussiya”da gərginlik pik həddə çatıb

20.10.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Dortmund “Borussiya”sında Çempionlar Liqasının üçüncü turunda “Sabah”la keçiriləcək oyun ərəfəsində gərginlik artıb.

İdman.Biz "Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniya təmsilçisinin son üç qarşılaşmada qələbə qazana bilməməsi klub rəhbərliyinin və futbolçuların narazılığına səbəb olub.

“Verder”lə 2:2 hesablı heç-heçədən sonra “Budo-Qlimt”ə 0:1 hesabı ilə uduzan Dortmund klubu “Yunion Berlin”lə də qolsuz heç-heçə edib. Komandanın ardıcıl iki matçda fərqlənə bilməməsi xüsusilə narahatlıq doğurur.

İdman direktoru Ole Buk nəticələrdən məyusluğunu gizlətməyib, qapıçı Qreqor Kobel isə hücum xəttindəki problemləri açıq şəkildə etiraf edib.

Yaranmış vəziyyəti nəzərə alsaq, “Borussiya”nın “Sabah”la qarşılaşmaya maksimum konsentrasiya ilə çıxacağı gözlənilir. Bakıda növbəti xal itkisi klubdakı gərginliyi daha da artıra və nəticə böhranını mövsüm böhranına çevirə bilər.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью