“Sabah”la oyuna yaxşı hazırlaşmışıq” “Levski” rəsmisi

13.08.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Levski”nin direktoru Daniel Borimirov Konfrans Liqasının III təsnifat mərhələsində sabah “Sabah”a qarşı keçirəcəkləri cavab oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan funksioner Bakıda qələbə qazanacaqlarına inandığını deyib:

“Narahat deyilik. Düşünürəm ki, yaxşı hazırlaşmışıq və sabah oyunu düzgün oynayıb, qalib kimi başa vuracağıq. Tək “Levski” yox, Bolqarıstan futbolu üçün bu qələbə önəmlidir. Bunu etməyə çalışacağıq”.

“Sabah” – “Levski” oyunu saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Levski” qələbə qazanıb – 1:0.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью