Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniya klublarından “Barselona”nın hücumçusu Entoni Qordon Çempionlar Liqasının tarixində diqqətçəkən göstəriciyə imza atıb.
Teleqraf xəbər verir ki, ingiltərəli futbolçu “Sabah”la qarşılaşmada iki dəfə fərqlənərək bu il Azərbaycanda Çempionlar Liqası çərçivəsində vurduğu qolların sayını 6-ya yüksəldib.
29 yaşlı forvard bir təqvim ili ərzində turnirin eyni ölkədəki səfər matçlarında ən çox qol vuran oyunçu ünvanına sahib çıxıb. O, Kriştianu Ronaldu və Kərim Benzemanın göstəricisini geridə qoyub. Ronaldu 2013-cü ildə Türkiyədə, Benzema isə 2022-ci ildə İngiltərədə 5 qol vurmuşdu.
Qordonun Azərbaycan klubları ilə əvvəlki qarşılaşmaları da məhsuldar olub. O, ötən mövsüm “Nyukasl”ın “Qarabağ”la oyunlarında 4 qol qeydə alıb.