Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın növbəti rəqibi olan “Vikinq” Norveç çempionatında növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda 25-ci tur çərçivəsində səfərdə “Boqo Qlimt”in qonağı olub. 5 qolun vurulduğu görüş “Sabah”ın rəqibinin məğlubiyyəti ilə başa çatıb.
“Boqo Qlimt” - “Vikinq” - 3:2
Qollar: Falçener, 4-avtoqol (1:0), Helmersen, 15 (2:0), Haugen, 32 (2:1), Botheim, 39 (2:2), Hauje, 43 (3:2)
Məğlubiyyətə baxmayaraq, “Vikinq” 59 xalla liderliyini davam etdirir.
Qeyd edək ki, Liqa mərhələsinin IV turuna təsadüf edəcək “Vikinq” - “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da start götürəcək. Qarşılaşma Stavangerdəki “Lyse Arena”da oynanılacaq.
3 turdan sonra “Sabah” 3 xalla 36 komanda arasında 25-ci, “Vikinq” isə 1 xalla 33-cü pillədə qərarlaşıb.