“Sabah”la razılaşmadı, Toralla komanda yoldaşı oldu

10.08.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Mövsümlərarası fasilədə "Sabah"ın heyətinə qatmaq istədiyi Henri Onyekurunun yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, futbolçu Türkiyəyə üz tutub.

Maliyyə şərtlərində razılıq əldə olunmadığı üçün "Sabah"a keçidi baş tutmayan nigeriyalı futbolçu "Bursaspor"la ortaq məxrəcə gəlib. O, I Liqa təmsilçisində Toral Bayramovla komanda yoldaşı olacaq.

Qeyd edək ki, 29 yaşlı futbolçunun son klubu "Gənclərbirliyi" olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью