ŞABAK ın rəhbəri Netanyahunu ittiham edib | Icma.az
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AzVision.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, söhbət xüsusilə, Vəkillər Kollegiyasının iddiasına görə, Netanyahunun Bardan “şəxsi sədaqət” və konstitusiya böhranı halında ölkənin Ali Məhkəməsinə (Ali Ədalət Məhkəməsi, BAQATS) yox, şəxsən ona tabe olmağı tələb etməsindən gedir.
Xatırladaq ki, mart ayının sonunda Binyamin Netanyahu Ronen Barı tutduğu vəzifədən azad edib və buna səbəb kimi onun “etibarsızlığını” göstərib.
Nazirlər Kabineti martın 20-də bu qərarı yekdilliklə təsdiqləyib.
Lakin ŞABAK rəhbərinin istefası İsraildə etirazlara səbəb olub və hökumətin qərarını ləğv etmək üçün Ali Məhkəmədə iddialar qaldırılıb.
Aprelin 8-də məhkəmə Barın işdən çıxarılması ilə bağlı qaldırılan vəsatətlər üzrə yekun qərar qəbul edəcəyinə qədər onun öz vəzifəsində qalması barədə müvəqqəti verdikt qəbul edib.
Həmin vaxta qədər hökumət Ronen Barın potensial varisləri ilə danışıqları davam etdirə bilər.
Lakin sənədə əsasən, hökumət daimi və ya müvəqqəti olaraq Şin-Betə rəhbər təyin edə bilməz.
Tam oxu
Xəbəri oxu