Sabalenka Avstraliya Açıq 2025 in ilk finalçısı oldu Doğru Xəbərlər

23.01.2025

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Dünyanın bir nömrəsi belaruslu Arina Sabalenka uğurla 2025-ci ildə Avstraliya Açıq çempionatının finalına yüksəlib.

Turnirin yarımfinalında o, ispaniyalı Paula Badosa qalib gəlib. Görüş 6:4, 6:2 hesabı ilə başa çatıb. Oyunun müddəti 1 saat 27 dəqiqə olub.

Sabalenka Avstraliya Açıq çempionatının çempionu titulu uğrunda görüşdə İqa Sviatek (Polşa) – Medison Kis (ABŞ) cütünün qalibi ilə oynayacaq. Belaruslu yarışın hazırkı çempionudur.

Bundan əvvəl Novak Cokoviçin Avstraliya Açıq çempionatının yarımfinalından əvvəl ardıcıl ikinci məşqini ləğv etdiyi bildirilirdi.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью