Şabanoğlu Şaban filminin davamı çəkiləcək

11.09.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Türk kinosunun klassikləri arasında yer alan "Şabanoğlu Şaban" filminin davamı üçün hazırlıqlara başlanılıb.
Kulis.az xəbər verir ki, "Şabanoğlu Şabanoğlu Şaban" adlanan yeni ekran işində mərhum aktyor Kemal Sunalın unudulmaz obrazını oğlu Ali Sunal davam etdirəcək.
"Poll Films" və "Arzu Film" tərəfdaşlığı ilə ərsəyə gələn layihənin rejissor kürsüsündə Can Ulkay əyləşəcək.
Çəkilişlərinə sentyabrın sonunda start verilməsi planlaşdırılan filmdə Şabanın oğlunun macəraları təqdim olunacaq.
Qeyd edək ki, hazırda aktyor heyətinin tamamlanması istiqamətində kastinq prosesi davam edir.

Nepaldakı daşqın mədəni irsi yox edə bilər Yağmursuz havalar - Saday Budaqlının hekayəsi Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью