Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mərhum əfsanəvi aktyor Kamal Sunalın unudulmaz filmi “Şabanoğlu Şaban”ın davamı olan “Şaban Oğlu Şaban Oğlu Şaban” layihəsinin sabah oxu məşqi keçiriləcək.
OLAY yazır ki, ikinci nəsil Şabanın əyləncəli hekayəsini böyük ekranlara daşıyacaq filmdə baş rolu Kamal Sunalın oğlu Ali Sunal canlandıracaq.
Tanınmış aktyorların yer aldığı filmin heyətinə aktyor Erdal Özyağcılar da qoşulub.
Özyağcılar “Şaban Oğlu Şaban Oğlu Şaban” filmində “Hiddet Paşa” obrazına həyat verəcək.