Sabinanın itini maşın vurdu

30.05.2025

Icma.az, Olay.az saytına istinadən bildirir.

Sabinanın itini maşın vurdu

Müğənni Sabina Askerovanın başına bədbəxt hadisə gəlib.

OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb.

O bildirib ki, bir neçə gün öncə iti Mianı maşın vurub:

“Gecə Mianı gəzintiyə çıxarmışdım, taksi vurdu. Həmin taksi ilə klinikaya çatdırmağa çalışdım, amma özümdə deyildim, sürücü də bizi gecikdirdi. Maşındakı sərnişin ünvanı tapmağa kömək etsə də, çatmadıq. Mia maşında keçindi. Ağrıdan barmağımı dişlədi. Həyatıma necə davam edəcəm bilmirəm. Özümü günahkar hiss edirəm, gərək, onu gəzintiyə çıxarmazdım”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью