Sabiq “Arsenal”lı Almaniya millisində

24.07.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya millisinin və London “Arsenal”ının sabiq müdafiəçisi Per Mertesaker yığmanın yeni idman direktoru olacaq.

Apasport.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssis vəzifəsinin icrasına 2027-ci il yanvarın 1-dən başlayacaq. O, hazırkı idman direktoru Andreas Rettigi əvəz edəcək.

Mertesaker Almaniya milli komandalarına və federasiyanın akademiyasına cavabdeh olacaq. Bu qərar müşahidə şurası və səhmdarların iclası tərəfindən yekdilliklə qəbul edilib.

Qeyd edək ki, futbolçu karyerasını başa vurduqdan sonra Mertesaker 2018-ci ildə “Arsenal” akademiyasına rəhbərlik edib. O, 2026-cı ilin yayına qədər klubun gənclər departamentinin rəhbəri vəzifəsində çalışıb.

Leao uğrunda İstanbul derbisi – Mendeş və Qardi iş başında "Məni istəmədiyiniz gün gedəcəyəm" – Kloppdan ilk açıqlama Amrabata Səudiyyə Ərəbistanından təklif – Qəbul edilmədi Klopp Almaniya millisinin baş məşqçisi oldu – Rəsmi Gözlənilən oldu: Qvardiola İtaliya millisinə "yox" dedi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью